Cavanşir Məmmədovun ikinci həyat yoldaşı üzə şıxdı
Bizi izləyin

Tabloid.az

Cavanşir Məmmədovun ikinci həyat yoldaşı üzə şıxdı

Müğənni Cavanşir Məmmədov gənc ifaçı Afaq Aslanla eşq macərası yaşayacaq. Hətta Afaq onun ikinci həyat yoldaşı olacaq. Cavanşir Məmmədov həm də çox təhlükəli mafiyanın başçısı obrazını canlandıracaq. Bütün bunlar yeni çəkilən serialda baş verəcək.

Publika.az-ın məlumatına məlumata görə, o, “Yaxın uzaqlıq” adlı serialın baş qəhrəmanlarından birini canlandıracaq.

“Anar. M production”nun ərsəyə gətirdiyi serialın quruluşçu rejissoru və ssenari müəllifi Anar Məmmədəliyev, rejissoru isə Aqşın Onullahdır.

“Yaxın uzaqlıq”da həmçinin Əli Mirəliyev, Allahverdi Yolçuyev, Namiq Məna və Rəşad Kəsəmənli də rol alıblar.

Qeyd edək ki, serial martda Lider Tv-də yayımlanacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm