Min bir dərdə dərman tərəvəz
Bizi izləyin

Tabloid.az

Min bir dərdə dərman tərəvəz

Belə bir məsəl var: ”Əgər tez-tez kələm yesəniz, heç vaxt qocalmarsiz”.

Belə bir məsəl var: ”Əgər tez-tez kələm yesəniz, heç vaxt qocalmarsiz”. Məsəl boş yerdən yaranmamışdır. Adi baş kələm əsil vitaminlər, mikroelementlər xəzinəsidir və onu müalicə vasitəsi kimi tam şəkildə istifadə etmək olar. Onda istənilən qədər faydalı maddələr - şəkər, zülallar, yağlar, selluloza, fermentlər, bir çox mikroelementlər kompleksi, ürək əzələsinin qidalanmasında böyük rolu olan çoxlu kali var Bundan başqa, bu tərəvəz üzvü turşular və fitonsidlər, mineral duzlar, vitamin C (limon və apelsinin tərkibindəkindən çox), P, B1, B2, B3, K, B, yara xəstəliyinə qarşı vitamin U vardır.

Kələm mədənin selikli qişasının müqavimətini artırır, yara artıq əmələ gəlibsə toxumaların regenerassiyasıni və sağalmanın tezləşməsini sürətləndirir. Bundan başqa vitamin U bir çox dəri xəstəliklərində, ekzemada, psoriazda, neyrodermitdə qeyri adi dərəcədə effektlidir.

Kali duzlarının yüksək miqdarına görə kələm böyrək xəstəliklərində faydalıdır. Aterosklerozdan əziyyət çəkənlərə pektin birləşmələri lazımdır ki, onlar da kələmdə vardır. Onlar xolesterini xaric etməyə kömək edir. Öd kisəsinin xəstəliklərində kələm şirəsi ödün sekressiyasını gücləndirir. Bundan başqa şirə qara ciyərə, həmçinin hepatitlərin bütün tiplərində yaxşı təsir göstərir. Mədə-bağırsaq sisteminin xəstəliklərində müntəzəm olaraq yarım stəkan isti, yeməkdən qabaq kələm şirəsi içmək məsləhətdir: ağrılar, ürək bulanma, qıcqırma, qusma şəfalı içginin təsirindən geri çəkiləcəkdir. Nəhayət, kələm arıqlamaq üçün əvəzedilməz vasitədir. Onun yarpaqlarında karbohidratların yağa çevrilməsinə mane olan tartron turşusu vardir. Bundan başqa, o yağın qarın nahiyəsındən, buddan, həmçinin toplandığı digər yerlərdən çıxmasını stimullaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm