• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Əzələ toxumasının inkişafına təsir edən amillər

Əzələ toxumasının inkişafına təsir edən amillər

Gözəl görünüşə malik olmaq üçün əzələ toxumasını möhkəmləndirmək vacibdir. Bunun üçün sağlam həyat tərzinin vacib elementlərinə və əzələ toxumasına təsir göstərən cəhətlərə diqqət edilməlidir. Əzələ toxumasının inkişafına və qorunmasına təsir edən bir çox faktorlar var. Bunlara böyümə və inkişaf müddəti, əzələ və sümük kütləsinin miqdarı, irq fərqliliyi, yaş, cinsiyyət aiddir. Bundan əlavə bir sıra hormon pozğunluqları, hərəkətsizlik, həddindən artıq zəiflik, köklük, duz və kofenin qəbulu, siqaret istifadəsi, qeyri-kafi qidalanma və s. təsir göstərir.

Əzələ toxumasının inkişafı üçün lazımi prosedura və məşq proqramlarından əlavə sümük quruluşunun güclənməsi və qorunması baxımından qidalanma da əhəmiyyətlidir. Zülallar əzələ toxumalarının inkişafı və təmiri üçün əsas qida elementlərindən biri hesab olunur. Hər gün lazımi miqdarda zülal qəbul etmək əzələ toxumasının inkişafı üçün vacibdir. Məlumdur ki, zülal ehtiyacının yarıdan çoxunu heyvani zülal qaynaqları hesab olunan ətlər, yumurta və süd məhsulları təşkil edir. Həftədə 2 gün balıq əti, 2-3 gün yağsız, dərisiz toyuq əti, 1 gün isə yağsız qırmızı ət istifadəsi önəmlidir. Qalan ehtiyacı isə taxıl məhsulları, quru paxlalılar, fındıq, fıstıq və qoz kimi yağlı toxumlardan ibarət olan bitki mənşəli zülallardan istifadə ilə təmin etmək olar. Tabloid.az əzələ toxumasının inkişafında vacib olan amilləri təqdim edir:

  • Yağ turşuları da hüceyrə pərdələrinin quruluşunda iştirak edir. Bu baxımdan omeqa-3 yağ turşuları yaşlanmağı əngəlləyən hüceyrələri qidalandırır.
  • E vitamini, hüceyrə zərlərində sərbəst radikalların yapışmasına maneə törədərək hüceyrə quruluşunu qoruyur.
  • Duru yağlar və fındıq, fıstıq və qoz kimi yağlı toxumlar E vitamini qaynaqları hesab olunur.
  • Fol turşusu hüceyrə yenilənməsində mühüm vəzifəsi olan bir vitamindir. Fol turşusunun bu əhəmiyyətli funksiyasından kifayət qədər faydalanmaq üçün həftədə 2-3 dəfə quru paxlalı və hər gün tünd yaşıl yarpaqlı tərəvəz növlərindən istifadə məsləhətdir.
  • 1 stəkan qatığı uyğun olan xörəyin yanında yemək məsləhətdir.
  • C vitamini immunitet hüceyrələrində yer alan və dəridəki elastik toxumanı meydana gətirən vitaminlərdən hesab olunur.
  • Vitaminlər arasında D vitamini əzələ toxumasının inkişafında əhəmiyyətli hesab olunur.
  • Həddindən artıq duzdan istifadə bədəndən kalsiumun atılmasına səbəb olduğundan duz istifadəsinə fikir vermək vacibdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR