Ramiz Əzizbəylinin diaqnozu bəlli oldu
Bizi izləyin

Tabloid.az

Ramiz Əzizbəylinin diaqnozu bəlli oldu

Tibb Universitetinin tədris - terapiya şöbəsinin reanimasiyasına yerləşdirilən Xalq artisti Ramiz Əzizbəyliyə diaqnoz qoyulub.

Bu barədə Publika.az-a aktyorun həyat yoldaşı Zümrüd Əzizbəyli məlumat verib. Onun sözlərinə görə, həkimlər xalq artistinin beyin işemiyası xəstəliyindən əziyyət çəkdiyini bildirib. Zümrüd xanım hələ də Ramiz Əzizbəylinin yanına əzizlərinin buraxılmadığını söylədi: "Yanına heç kəsi buraxmırlar. Heç biz də ailə üzvləri olaraq onu görməmişik. Amma həkimlər onun vəziyyətinin düzələcəyini deyirlər. Ramiz nitqində qüsur olsa da danışır. Amma yerimir. Yataq şəraitindədir. Ümidimiz Allaha və həkimlərədir. Ramiz uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi və üst-üstə yığılan bu problemlər nəhayət gətirib buna çıxardı”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm