Nisə Qasımovanın neçə yaşı oldu?
Bizi izləyin

Tabloid.az

Nisə Qasımovanın neçə yaşı oldu?

Bu gün sevilən sənətçi Nisə Qasımova 61 yaşını qeyd edir.

Bu gün sevilən sənətçi Nisə Qasımova 61 yaşını qeyd edir. Azərbaycan musiqisinin gözəl səsli müğənnilərindən olan Nisə Fətulla qızı Qasımova 1954-cü ilin fevralın 13-də Bakıda doğulub.

Geniş səs diapazonu, musiqiyə marağı balaca Nisənin taleyini çox erkən yaşlarından ömürlük səhnəyə bağlayır. Belə ki, atası Fətulla kişinin tam fərqli sahədə, yəni dövlət xidmətində çalışmasına baxmayaraq milli musiqi və muğamların bilicisi və savadlı xanəndə olması Nisə xanımın elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradır.

8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçmir ki, bütün peşəkar musiqi heyətinin diqqətini özünə cəlb edir.

9 yaşında olarkən xorun gənc solisti olur. Onun üçün yazılan “Günəş adlı yaxın dostum var mənim” adlı mahnı ilə ən müxtəlif konsert proqramlarında çıxış edir. Bu sarışın, gülərüzlü qız tez bir müddətdə müəllimlərinin sevimlisinə çevrilir. Çox keçmir ki, gənc Nisə 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəznindəki “Lalə qizlar ansamblı”na solist kimi dəvət olunur.

Onun 1972-1973 illərdə bir-birinin ardınca ifa etdiyi “Ay ellər”, “Sənsən həyatım”, “Eşqimi sönməyə qoymaram”, “Gözləyəcəyəm”, “Qəşəngdir” adlı mahnılar xalq tərəfindən sevilir. Gənc mügənni tez bir zamanda möhtəşəm ugurlar əldə edır. Elə həmin ildə Azərbaycanda çixan plastinkalarla yanaşı Tiflisdə Nisə xanimin ilk kasetləri də işiq üzü görür.

1975 ci ildə isə 21 yaşinda olarkən Azərbaycan musiqisinin qızıl fonduna ifa etdiyi “Laylay” (Şəfiqə Axundova), “Sədaqətim var” (Ələkbər Tağıyev), “Bayatı-Şiraz təsnifi” ilə daxil olan N.Qasımova artıq Dovlət televiziyasının solisti kimi çalışmağa başlayır. Elə həmin illərdə SSRİ Dövlət elektro musiqi orkestrinin rəhbəri Vyaceslav Mişşerinin dəvəti ilə Moskvaya gedən mügənnı bu ansambla birgə “Gül bir az”, “Gözləyəcəyəm”, “Leyla” və digər mahnılarından ibarət albom lentə aldırır.

1977-ci ildə ali təhsilini davam etdirmək üçün valdeynlərinin təkidi ilə Bakiya dönən mügənnı İncəsənət İnstitutuna daxil olub Moskvadaki fəaliyyətindən aralanmalı olur.

Sənətçi 2004-ildə “Ömrümdən gedən illər”, “The best of”, “İkinci bahar” kimi musiqi albomlarını dinləyicilərinə təqdim edir.

Nisə Qasımova 2008-ci ildə xalq artisti fəxri adına layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm