Aqil Abbas qəzəbləndi: “Qoca kişidir, durub onu döyüm?”
Bizi izləyin

Tabloid.az

Aqil Abbas qəzəbləndi: “Qoca kişidir, durub onu döyüm?”

Yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkilən “Dolu” filmi ətrafında qalmaqal yaranıb.

Publika.az-ın məlumatına görə, bu günlərdə Millət vəkili, yazıçı Aqil Abbasın 1937.az saytına verdiyi müsahibəsində səsləndirdiyi bir fikir birmənalı qarşılanmayıb:

“Mən Azərbaycan yazıçılarına da deyirəm, Azərbaycanda “Dolu”dan gözəl əsər yazılmayıb, heç olmayacaq da, “Dolu”dan gözəl müharibə filmi çəkilməyib, hələ on il də çəkilməyəcək. “Fəryad” bizim ilk müharibə filmimizdir, “Dolu” isə “Fəryad”dan da güclü filmdir”.

Kinoşünas Aydın Kazımzadə bu fikirləri söyləyən yazıçı haqqında xoşagəlməz ifadələr işlədib: “Düşünürəm, bunu deyən adamın başı çatmır”.

Aqil Abbasın isə Publika.az vasitəsi ilə cavabı belə olub:

“Qoca kişidir, nə istəyir danışsın. Durub onu döyməyəcəyəm ki… Bəlkə elə həqiqətən mənim başım xarabdır? Amma bunu hər kəs bilir ki, “Dolu” filmi Youtube-də ən çox izlənilən filmdir. Altı ayda 70 min adam tərəfindən baxılıb. Azərbaycanın on milyon əhalisi var, beş-on adam nə istəyir, danışsın. Belə adamların fikri məni məyus eləmir. Sən get, Eldar Quliyevdən soruş, gör “Dolu” necə filmdir”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm