• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

81 yaşlı model-Fotolar

81 yaşlı model-Fotolar

Karmen Dell’Orefays ən çox podiumda çalışan model kimi Ginnes Rekordlar Kitabına düşüb. Onun 80 yaşı var və hələ də model kimi podiuma çıxır.

O, modellik həyatına təsadüf nəticəsində gəlib. 14 yaşında avtobusda gedərkən yanında oturan cavan bir qadın ona özünü model kimi sınamağı tövsiyə edir. “Harper’s Bazaar” qadın jurnalında çalışan naməlum qadının əri Karmenin bir neçə şəkillərini çəkir. Tezliklə fotoqrafçıdan məktub alan Karmenin anası qızının model kimi bəyənilmədiyini oxuduqda məyus olur. Lakin qızın xaç anası bu fikirlə razılaşmayaraq şəkilləri “Vogue” jurnalının baş redaktoruna göndərir. Bir ildən sonra 1946-cı ildə artıq “Vogue” jurnalının üz qabıqlarını Karmenin şəkilləri bəzəyirdi. Onun qonorarı həftəyə 60 dollar (indiki pulla 1000 dollar) təşkil edirdi. Beləliklə, 15 yaşlı qızcığaz ailəsini dolandırmağa başladı.

3 dəfə evli olan Karmen 10 illik fasilədən sonra yenidən model həyatına qayıtmaq niyyətində olub, lakin o zaman 47 yaşlı modelin karyera ilə məşğul olmasına qadağa vardı. Tədbirlərin birində Karmen köhnə tanışına rast gəlir və ağ saçlarının olmasına baxmayaraq hələ də gözəlliyini qoruyub saxlayan xanıma yenidən çəkilişlərə qayıtmasını məsləhət bilir. Karmen isə ağ saçlarına rəng qatmaq əvəzinə onları daha da diqqətə çəkmək istəyib.

2000-ci ildə Con Qalaynonun Christian Dior geyimlərinin nümayişində Karmen də model kimi podiumda çıxış edib. Beləliklə, bundan sonra Karmen Ginnes Rekordlar kitabına “uzun karyeralı podium modeli” adı altında düşdü.

Hal-hazırda Karmen özünü model kimi sınayır.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR