Azarkeş tribunadan yıxılıb öldü
Bizi izləyin

İdman

Azarkeş tribunadan yıxılıb öldü

Amerika Beyzbol Liqası çərçivəsində "Atlanta Breyvz" və "Nyu-York Yankis" aralarında keçirilən oyun zamanı azarkeş tribunadan yıxılaraq ölüb. Bu barədə Trend RİA Novosti agentlyinə istinadən xəbər verir.

Şahidlərin dediyinə görə, azarkeş "Yankis" komandasının oyunçusu Aleks Rodrigesə qışqırarkən tribunanın üst hissəsindən yıxılaraq həyatını itirib.

Polis bildirib ki, hadisə nəticəsində tribunanın alt hissəsində oturanlardan xəsarət alan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm