Lavrov: “Hücum əvvəlcədən planlaşdırılmışdı”
Bizi izləyin

Dünya

Lavrov: “Hücum əvvəlcədən planlaşdırılmışdı”

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə tərəfindən vurulan Rusiyanın SU-24 hərbi təyyarəsi ilə bağlı şok bir iddia səsləndirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Lavrov bunun əvvəlcədən planlaşdırılan hücum olduğunu bildirib.

“Əlimizdəki məlumatlara istinad edərək təxribat xarakterli və əvvəlcədən planlaşdırılan bir hücum olduğunu düşünürük”, - Rusiya xarici siyasət idarəsinin başçısı deyib.

Qeyd edək ki, dünən səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub. Türkiyə tərəfi rus təyyarəsinin sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm