Castin Biber hit paradın 3 pilləsinə birdən sahib çıxdı
Bizi izləyin

Magazin2

Castin Biber hit paradın 3 pilləsinə birdən sahib çıxdı

Kanadalı müğənni Castin Biber Britaniyanın rəsmi hit paradında “at oynadır”.

Publika.az xəbər verir ki, müğənni hit paradın 1 və 2-ci pillələrini əlində saxlayıb. Biberin “Sorry” mahnısını ilk pillədə, “Love yourself” mahnısı isə ikinci pillədə qərarlaşıb. İlk dəfə belə bir rekorda 1985-ci ildə amerikalı müğənni Madonna imza atıb.

Castin Biberin “What do you mean” adlı mahnısı isə 4-cü pillədə yer alıb. Beləliklə, TOP 10-da müğənni bütün dünya ulduzlarına meydan oxuyub.

Qeyd edək ki, müğənninin 21 yaşı var. O, daha çox gənc qızların sevimlisidir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm