XİN: Ermənistan qoşunlarının ərazilərimizdə olması regional təhlükəsizliyə təhdiddir
Bizi izləyin

Nida.az

XİN: Ermənistan qoşunlarının ərazilərimizdə olması regional təhlükəsizliyə təhdiddir

Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazisində olması regional təhlükəsizliyə təhdiddir.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu jurnalistlərə Ağdam rayonunda Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi Ermənistanın təxribatçı və təcavüzkar əməllərinin kəskin şəkildə qınandığını deyib: "Xarici İşlər Nazirliyi digər qurumlarla birgə əlaqələndirilmiş şəkildə mülki əhaliyə dəymiş ziyanı və mülki əhali arasında olan itkiləri sənədləşdirir və Ermənistanın Cenevrə Konvensiyası ilə üzərinə götürdüyü öhdəlikəri kobud şəkildə pozması dünya ictimaiyyətinin diqqətinə çatdırılıb".

H.Hacıyevin sözlərinə görə, Azərbaycan bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazisində olması regional sülh və təhlükəsizliyə böyük təhdiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm