Azərbaycanlı müğənnini “razborka”ya çağırdılar
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənnini “razborka”ya çağırdılar

“Ömrün illəri” mahnısına görə İntiqam Kərimovla İlqar Xəyal arasında qalmaqal getdikcə böyüyür. İlqar Xəyalın “sübut elə ki, bu mahnının ilk ifaçı sənsən” ismarışı qarşı tərəfi qəzəbləndirib.

Publika.az-a açıqlama verən İ. Kərimov İlqar Xəyalı “razborka”ya çağırıb: “Mən bu mahnını oxuyanda sən heç həyatda və səhnədə yox idin. 1989-cu ildə Opera Studiyasında qrupda oxuyurdun. Üç nəfərlik qrupla heç tanınmırdın da. Məndən sübut tələb edirsən, hara lazımdırsa, gəl, sənə sübut edim. Gözləyirəm. Onda indiki kimi internet-zad yox idi, bir ana televiziya vardı, çıxıb orda oxuyurduq. Bunu hər kəs bilir İlqar Xəyal, təkcə səndən başqa. Bunu sənə bəstəkar Elçin İmanov sübut edəcək. O, işin içindədi”.

Xatırladaq ki, müğənni İntiqam Kərimov sözləri Mirvari Dilbaziyə, musiqisi Mikayıl Vəkilova məxsus olan mahnının ilk ifaçısı olduğunu deyib. Onun narazılığına səbəb həmkarı İlqar Xəyalın özünü bu mahnının ilk ifaçısı kimi təqdim etməsidir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm