Dünya
Olbrayt: “Bu, ABŞ üçün faciə, Putin üçün hədiyyə olacaq”
“Respublikaçı namizəd Donald Tramp seçkiqabağı prosesdə iştirakı ilə artıq ABŞ-ın milli təhlükəsizliyinə zərər vurub”.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Demokratlar Partiyasının milli qurultayında çıxış edən ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt deyib.
“Onun qələbəsi ölkə üçün faciə və Vladimir Putin üçün hədiyyə olacaq. Payızda bacardığımız hər şeyi etməliyik ki, Hillari bizim növbəti baş komandanımız olsun”, - Olbrayt qeyd edib.
Öz çıxışında Dövlət Departamentinin keçmiş rəhbəri Klintonun iş qabiliyyətinin yüksək olduğunu vurğulayıb: “Onun soyuq baş və böyük ürəklə hərəkət etmək bacarığı var. Ötən həftə biz aydınlaşdırdıq ki, onun opponenti bu xarakterə malik deyil. Çoxları iddia edirdilər ki, Donald Tramp prezident seçiləcəyi halda bizim milli təhlükəsizliyimizə zərər vuracaq. Amma əslində o, seçkiqabağı kampaniyada iştirak etməklə artıq bunu edib. O, ABŞ-ın islam ölkələri ilə münasibətlərini korladı, dünyada bizim mövqeyimizi zəiflətdi”.
Olbrayt həmçinin xatırladıb ki, Tramp Rusiya prezidenti Vladimir Putinin siyasətinə yüksək qiymət verir: "Həqiqət budur ki, Trampın noyabrda qələbəsi Vladimir Putin üçün hədiyyə olacaq. Bu, ABŞ üçün faciə olacaq. Putin Trampın qələbəsini istəyir və bu, hər bir amerikalını həyəcanlandırmalıdır”.
Ömər Dağlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ