Tabloid.az
Azərbaycanlı müğənni ad günündə evlilik təklifi aldı – FOTOLAR
Bu gün doğum gününü qeyd edən müğənni Afaq xoş sürprizlə qarşılaşıb.
Belə ki, səbəbkar doğum günündə evlilik təklifi alıb: “Hər il doğum günümdə məni sevənlər tərəfindən bahalı hədiyyələr alıram. Söz yox ki, hər bir xanım hədiyyələri sevir. Amma mənim üçün əsas olan ürəkdən gələn xoş sözlərdir. Gecədən telefonlarım susmur. Zəng edib məni təbrik edirlər. Özəl təbrik də oldu. Mən buna xoş bir sürpriz deyərdim. Səhər qapımızın zəngi çalındı. Qapını açanda özüm boyda qırmızı qızılgül dəstəsi ilə qarşılaşdım. Güllərin arasında isə bir məktub qoyulmuşdu: “Mənimlə evlənərsənmi?”
Onu da öyrəndik ki, Afaqa evlilik təklifi edən varlı bir iş adamıdır. Amma müğənni xanımın cavabına gəlincə, bunu bizə söyləmədi: “Romantikanı çox sevirəm və fərqli formada evlilik təkliflərini çox dəyrləndirirəm. Xanımlar incə məxluqdur və hər zaman düşünürəm ki, onlara incə qəlblə yanaşmaq lazımdır. Söz yox ki, ad günümdə bu fərqli evlilik təklifini qiymətləndirəcəyəm. Amma qismət deyilən bir şey də var. Mən alın yazısına, qismətə inanan bir adamam”.
Ad günü sevincini yaşayan Afaq yaradıcılıq işlərindən də danışdı. Yeni mövsümdə yeni mahnılar vəd edən müğənni yaxın vaxtlarda həmin mahnıları sevənlərinin ixtiyarına verəcək.
Cəvahir Səlimqızı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ