Aşıq Zülfiyyə oğluna kimin qızını aldı? – ÖZƏL
Bizi izləyin

Tabloid.az

Aşıq Zülfiyyə oğluna kimin qızını aldı? – ÖZƏL

Aşıq Zülfiyyə yeganə övladı olan Babəki evləndirir.

Əldə etdiyimiz məlumata görə, oğlunu gizlincə evləndirən xanım sənətçinin gəlininin evində bu gün toy çalınacaq.

Publika.az-a danışan sənətçi xanım xəbəri təsdiqlədi. Nədən bu xəbəri gizlin saxlamasının səbəbini də açıqladı: “Çoxdan arzusundaydım ki, gözümün ağı-qarası olan oğlumu evləndirim, ailə-uşaq sahibi edim. Nəhayət ki, oğlum arzumu reallaşdırdı. Sözün düzü, bu barədə heç yerdə danışmamışıq, istədim bu xəbər gizlin qalsın, çünki… nə bilim, dost var, düşmən var. Gözdən-nəzərdən də qorxan adamam. Siz hardan xəbər tutmusunuz, bilmirəm”.

Onu da öyrəndik ki, Zülfiyyə xanım oğlunu yaxın qohumu ilə evləndirir: “Açığı, həmişə istəmişəm ki, oğlum qohum qızla evlənsin, çünki gözümün ağı-qarası bircə oğlum var. Buna görə Babəkin seçiminin necə olacağından həmişə narahat idim. Amma onun qərarını eşidəndə ürəyim sakitləşdi. Qız dayım nəvəsidir. Sözün açığı, Babəkin özü bəyəndi, biz də razılaşdıq. Nə gizlədim, elə mən də o qızı gəlinim kimi görmək arzusundaydım. Oğlumla arzularımız üst-üstə düşdü. Heç böyük nişan da etməmişik. Qızın toyu günü biz də nişan aparacağıq. Yəni bu gün”.

Zülfiyyə xanım gəlininə ana olacağına vəd verdi. Dediyinə görə, bu barədə qabaqcadan gəlinə də bildirib: “Gəlinimə indidən demişəm ki, sənə qayınana yox, ana, rəfiqə olacağam”.

Babəkin toy günü də artıq dəqiqləşib. Oğlan toyu oktyabrın 2-də paytaxt restoranlarının birində baş tutacaq.

Həm qız, həm oğlan toyunda ilk mahnını Babək özü oxuyacaq. Oğlunun toy mahnısını aşıq Zülfiyyə özü bəstələyib - məxsusi toy günü üçün.

Maraqlıdır, görəsən, Babəkin toyuna media mənsubları buraxılacaqmı? Zülfiyyə xanım buna qadağa qoymadıqlarını bildirdi: “Kim istəsə, gələ bilər”.

Qeyd edək ki, həm də müğənni kimi fəaliyyət göstərən və anası ilə oxuduğu duetlərlə tanınan Babək eyni zamanda Mədəniyyət və İncəsənət Universitetinin üçüncü kurs tələbəsidir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm