Nida.az
“Tiflis İrəvanla Bakı əleyhinə gizli danışıqlar aparır” – Gürcüstandan şok iddia
“Gürcüstan hökuməti İrəvanla gizli danışıqlara gedərək Abxaziya dəmir yolunu yaxın vaxtlarda açmaq niyyətindədir. Bu, birbaşa Azərbaycana qarşı olan siyasətdir”.
Bunu Publika.az-a açıqlamasında Gürcüstan
parlamentinin Vahid Milli Hərəkat Partiyası fraksiyasının
azərbaycanlı deputatı Azər Süleymanov deyib.
Azərbaycanlı deputat Gürcüstan hökumətinin rəsmi Bakının verdiyi
dəstəkdən sui-istifadə etdiyini vurğulayıb. Onun sözlərinə görə,
Abxaziya dəmir yolunun açılması Rusiya ilə razılaşdırılıb və yaxın
günlərdə bu plan reallaşdırıla bilər.
“Bu danışıqlar Ermənistan baş nazirinin müavini ilə Tiflis
hökuməti arasında aparılıb. Gizli şəkildə aparılan danışıqlarda
dəmir yolunun açılması məsələsi razılaşdırılıb. Danışıqların
detalları tam məlum deyil. Amma Gürcüstan mediası da bu haqda xəbər
verib”, - deyə azərbaycanlı deputat bildirib.
Qeyd edək ki, rəsmi Bakı Abxaziya dəmir yolunun açılmasına qarşıdır. Çünki bu, Ermənistanın Rusiya ilə quru yolunu aça və Azərbaycanın torpaqlarının işğal edilməsi səbəbi ilə apardığı blokada siyasətinə zərbə ola bilər. Saakaşvili hökuməti dəmiryolunun açılmasından qəti şəkildə imtina etsə də, 2012-ci ildə “Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlməsindən sonra məsələ yenidən aktuallaşdı.
Məsələ Ermənistan prezidenti Serj Sərkisyanın bu ilin iyununda Gürcüstana səfəri zamanı yenidən müzakirə edilib. Eyni zamanda, Rusiya və Gürcüstan arasında iqtisadi, sosial və humanitar məsələlərlə bağlı danışıqların oktyabrın 16-da Praqada keçirilən səkkizinci raundunda da Abxaziya dəmir yolunun açılmasının müzakirə mövzularından biri olduğu deyilir. Bu baxımdan, dəmir yolunun açılması üçün gizli danışıqların aparıldığı iddiası diqqət çəkir.
Gürcüstanda hökumət böhranından danışan A. Süleymanov yerli
azərbaycanlıların da hökuməti qəbul etmədiyini deyib: “Növbəti
seçkilərdə azərbaycanlıların bu hökumətə səs verməyəcəyinə əminəm.
Çünki Saakaşvilinin 9 illik dönəmində hər şey dəyişmişdi.
Azərbaycanlılar özlərini dövlətin tam hüquqlu vətəndaşı kimi hiss
edirdilər. “Gürcü arzusu”nun iki illik hakimiyyəti dönəmində isə 9
ildə qurulanlar dağıdıldı. Əhalinin yaşayış səviyyəsi aşağı düşdü.
Gürcülərin azərbaycanlılara “tatar” sözündən istifadəsi yenidən
qayıtdı. Hökumətin özü ayrı-seçkilik edir. Cavaxetiyada ermənilərlə
görüşən baş nazir onlara “mənim layiqli vətəndaşlarım” deyə
müraciət edir, amma eyni münasibət azərbaycanlılara qarşı yoxdur.
Bələdiyyə seçkilərində azərbaycanlı namizəd Əhməd İmamquliyev 17500
səslə qalib olsa da, seçilən şəxs hökumətin gürcü namizədi oldu.
7500 səsimizi oğurladılar, məhkəməyə verdik, məhkəmə Əhməd
İmamquliyevin özünə qarşı cinayət işi açmaq istədi. Biz
azərbaycanlılar Gürcüstanı sevirik, bu ölkəyə öz vətənimiz kimi
baxırıq. Amma eyni münasibəti qarşı tərəfdən görmürük. Tək
azərbaycanlılar yox, digər millətlər də hökumətdən narazıdır”.
A. Süleymanov “Gürcü arzusu” koalisiyasının getdikcə reytinqinin
aşağı düşdüyünü bildirib.
Asif Nərimanlı
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib - FOTO
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO