Nida.az
Arizona ştatı Xocalı soyqırımını tanıdı - FOTOLAR
ABŞ-ın Arizona Ştat Senatı Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul edib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə bildiriblər ki, qətnamə Senatın plenar iclasında iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib.
Qətnamədə bildirilir ki, erməni silahlı qüvvələri 25-26 fevral
1992-ci ildə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 600-dən çox
mülki şəxsi qətlə yetirib, minə yaxın insanı yaralayıb və 1200-dən
artıq insanı əsir götürüb: “Human Rights Watch” təşkilatının
müvafiq hesabatına istinad edilərək, Xocalı soyqırımının
Ermənistan-Azərbaycan münaqişəsində ən böyük kütləvi qətliam olduğu
bildirilir və dünyanın bir sıra ölkələrinin və müxtəlif ABŞ
ştatlarının müvafiq qətnamələr qəbul edərək, bu qətliamı
pislədikləri vurğulanır. Qətnamədə bu faciəni törədənlərin hələ də
ədalət qarşısında cavab vermədikləri bildirilərək, Dağlıq Qarabağ
və 7 ətraf rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazilərinin 20 faizinin hələ də işğal altında olduğu qeyd
olunur".
Eyni zamanda qətnamədə bildirilir ki, BMT Təhlükəsizlik Şurası və
Baş Məclisi müvafiq qətnamələr qəbul edərək, Ermənistan tərəfindən
Azərbaycan ərazilərinin işğal edilməsini pisləyib.
Sonda Arizona Ştat Senatı tərəfindən 26 fevral 2015-ci il tarixinin
Xocalı faciəsinin 23-cü ildönümü kimi tanındığı və faciənin
qurbanlarının yad edildiyi bildirilir.
Qeyd edək ki, bu, Arizona Ştatı tərəfindən Xocalı soyqırımına dair
qəbul edilmiş ilk rəsmi sənəddir. Bununla, Xocalı soyqımını ABŞ-da
tanıyan ştatların sayı 16-ya çatıb.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi