Nida.az
Zakir Həsənov: "Torpaqlarımızın azad olunacağı gün yaxınlaşır"
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə istifadəyə verilib.
Publika.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edərək yeni inşa edilən qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, qazanxana kompleksi və digər obyektlər ilə tanış olublar.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
"Bu gün biz yeni hərbi şəhərciyin açılışında iştirak edirik. Son
bir neçə ay ərzində artıq 3-cü hərbi hissənin açılışı həyata
keçirilir. Plana uyğun olaraq bu il daha bir neçə hərbi hissənin
açılışı nəzərdə tutulub.
Ölkəmizin rəhbərliyi Silahlı Qüvvəllərin inkişafını ən mühim
istiqamətlərdən biri hesab edir. Ordumuz müasir silah və texnika
ilə təchiz olunur, şəxsi heyətin sosial bazasının
möhkənləndirilməsi məqsədilə yeni hərbi şəhərciklər, xidməti
mənzillər tikilərək əsgər, gizir və zabitlərin istifadəsinə
verilir. Bütün bunlar Ali Baş Komandanın Silahlı Qüvvələrə
göstərdiyi diqqət və qayğının nəticəsidir.
Azərbaycan xalqının və dövlətinin bir problemi var - bu Dağlıq Qarabağ problemidir. Bu məsələnin müsbət həll olunması istiqamətində mühüm işlər həyata keçirilir. Silahlı Qüvvələrin möhkəmləndirilməsi də dövlətin prioritet sahələrindən ən vacibidir.
Son vaxtlar Silahlı Qüvvələrimiz döyüş hazırlığını artırmaqla, döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaqla düşmən üzərində üstünlüyə nail olmaq vəzifəsini layiqincə yerinə yetirir.
Bu günlərdə xalqımız Xocalı faciəsinin anma tədbirlərini
keçirdi. Biz hamımız, xüsusilə Silahlı Qüvvələrimizin şəxsi heyəti,
xalqımıza qarşı törədilən bu soyqırımı heç vaxt unutmamalıyıq. Biz
əminik ki, Xocalı faciəsini törədənlər mütləq ədalət məhkəməsi
qarşısında cavab verəcək və cinayətkarlar layiqli cəzalarını
alacaqlar.
Silahlı Qüvvələr güclü və möhkəm olmalıdır ki, xalqımız bir daha
belə vəhşiliklə üzləşməsin. Biz öz döyüş imkanlarımızı və
hazırlığımızı artırmaq məqsədilə silahlarımızı elə dərindən
öyrənməliyik ki, xalqımızı qoruya bilək, düşmənə dağıdıcı zərbə
endirməklə torpaqlarımızı işğaldan azad edək.
Artıq torpaqlarımızın azad olunacağı gün yaxınlaşır. Biz hər gün, hər an, hər təlimdə Silahlı Qüvvələrimizi möhkəmləndirməklə bu günü daha da yaxınlaşdırırıq.
Mən bu yeni hərbi şəhərcikdə sizə xidmətinizdə uğurlar
arzulayıram. Arzu edirəm ki, yüksək səviyyədə təşkil olunmuş bu
hərbi şəhərcikdə döyüş hazırlığınızı daim təkmilləşdirəsiniz və
hərbi hissənin qarşısına qoyulan tapşırıqları hər an operativ
şəkildə yerinə yetirməyə tam hazır olasınız!" - deyə müdafiə naziri
bildirib.
Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar
ediblər.
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO