Anomal istilər 1800 insanın həyatına son qoydu - FOTO
Bizi izləyin

Dünya

Anomal istilər 1800 insanın həyatına son qoydu - FOTO

Hindistanda davam edən anomal istilər nəticəsində 1800-ə yaxın insan həlak olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, daha çox ölkənin cənub ştatlarında istinin qurbanlarına rast gəlmək mümkündür. Ən pisi isə odur ki, sinoptiklər hava temperaturunun hələ də qalxacağını deyir. Ən yüksək hərarət Nizamabad ştatında qeydə alınıb. Havanın temperaturu 47 dərəcə olub.

Rəsmilər insanların evdən çölə çıxamamasını məsləhət görür. İsti hava kütləsinin hələdə davam edəcəyini nəzərə alaraq, xəstələrə kömək etmək üçün həkimlərin məzuniyyətə çıxması ləğv edilib. Sinoptiklər son 2 gündə günorta saatlarının insanları həyatı üçün təhlükəli olacağını vurğulayıb. Bununla belə, insanlar pul qazanmaq üçün gün altında işləməyə məhkumdur. Sakinlərin dediklərinə görə, nə qədər su içsələr belə, boğazlarındakı quruluqdan şikayət edirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm