FİFA-nın yeni sahibi məlum oldu
Bizi izləyin

İdman

FİFA-nın yeni sahibi məlum oldu

FIFA-nın yeni prezidentinin kimliyi aydın oldu.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İordaniya şahzadəsi Əli bin Əl-Hüseynin namizədliyini geri çəkməsi ilə ali futbol qurumunun hazırkı prezidenti Yozef Blatter postunda qalıb.

Birinci turda hər iki namizəd qələbə üçün lazım olan səsləri (ümumi səslərin üçdə ikisi, təxminən 140) toplaya bilməyib. Blatter 133, İordaniya şahzadəsi 73 səs toplayıb. Birinci turun nəticələrinin elanedilməsindən sonra şahzadə öz namizədliyi geri çəkib.

79 yaşlı Yozef Blatter 1998-ci ildən FİFA-ya başçılıq edir. O, beşinci dəfədir ki, bu posta seçilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm