ABŞ-dan Rusiyaya qarşı GÖZLƏNİLMƏZ HƏMLƏ: İki gün içində... - - FOTO
Bizi izləyin

ABŞ

ABŞ-dan Rusiyaya qarşı GÖZLƏNİLMƏZ HƏMLƏ: İki gün içində... - - FOTO

ABŞ Hərbi-Dəniz Qüvvələrinə aid “Boinq P-8A Poseydon” təyyarəsi Qara dəniz sahilləri, Kerç boğazı və Sevastopol şəhəri üzərində kəşfiyyat uçuşu həyata keçirib.

Publika.az xəbər verir ki, bu uçuş ABŞ tərəfindən iki gün ərzində bölgədə aparılan ikinci kəşfiyyat uçuşu olub.

“PlaneRadar” müşahidə nəşrinin verdiyi məlumata görə, "Poseydon" təyyarəsi İtaliyadakı Siqonella avia- bazasından havaya qalxıb və Bolqarıstan hava sahəsindən sonra Kerç boğazında və Krım körpüsündən təxminən, 125 km məsafədə kəşfiyyat uçuşu həyata keçirib.

Qeyd edək ki, son zamanlarda, xüsusilə, ABŞ başda olmaqla, xarici ölkələrə aid kəşfiyyat təyyarələri Rusiyanın sərhəd bölgələrində aktivlik göstərir.

Rusiya Müdafiə Nazirliyi Vaşinqtonun kəşfiyyat fəaliyyətlərinin artmasına diqqət çəkərək ABŞ-a bu növ əməliyyatlara son vermək çağırışı edib. Lakin Pentaqon buna rədd cavabı verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm