Magazin1
Estetik qalmaqalı böyüyür: “Sənə pul verənin də...” +18
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın bir neçə gün əvvəl bloklanan instaqram hesabı açılıb. Jurnalist instaqram hesabında bununla bağlı dostlarının yazdığı postları yayımlayıb.
Publika.az xəbər verir ki, o, adından yazılan saxta mesajları da paylaşıb:
"Əziz dostlar, haqqımda paylaşılan “yazışma” görüntüləri tamamilə saxtadır və fotoşopla düzəldilib. Azərbaycanda saxta plastik cərrahlarla bağlı apardığım mübarizə hər kəsə bəllidir. Bu mübarizəm onlara çox ağır gəlib və indi mənim nüfuzumu zədələmək üçün belə ucuz yollara əl atırlar. Əgər bu görüntülər fotoşop deyilsə, onların "videoscreen" paylaşmasını tələb edirəm! Sadəcə şəkil yox, tam bir ekran videosu çəkərək bunu sübut etsinlər. O "screen"də mənim izləyicilərim və paylaşımlarım hər şey əks niyə olunmayıb? Çünki diplomunuz kimi əməliniz də saxtadır.
Təəssüf ki, Azərbaycanda bəzi özünü plastik cərrah adlandıran insanlar təkcə plastik cərrah yox, həm də mafiyalaşmış qruplaşma kimi fəaliyyət göstərirlər. Onlar elmə yox, cahilliyə və öz mənfəətlərinə xidmət edirlər. Bu saxta həkimlər rezidentura təhsili almadan, yalnız saxta sertifikatlarla özlərini cərrah kimi təqdim edirlər. İnsanlarımızın sağlamlığını riskə atan bu şəxslərlə mübarizəmi davam etdirəcəyəm, çünki bu, mənim vicdan və ədalət borcumdur. Onların dövlətə ödəmədiyi vergilərini də hamıya xatırladım".
Sözügedən yazışmaları öz "İnstagram" hesabında yayımlayan şairə Nazilə Səfərlinin cavabı isə sərt olub. O, iddialara təhqirlə cavab verib:
"Bəzi insanlar sanır ki, mən saxta həkimləri müdafiə etmişəm. Mən əsl həkimlərin saxtalarla eyni siyahıda olmasına etiraz etmişəm. Xaricdə oturub araşdırmamış pul gücünə vətənin yaxşısını qoyub yamanını danışan bloqerə demək istəyirəm ki, bu, xainlikdir! Peşəkar belə etməz!
Heç kim vətəndə quzu, xaricdə vurağan öküz olmasın. Aldığın pullardan ver, bir az xərcləyək, ay "unisex" bloqer. Deyirsən almamışam? Onda incimə, sənə pul verənin də, pul alıb paylaşım edənin də, sənə şər atanın da var-yoxuna lənət! Deyirsən, o yazışma sənin deyil? Düzüb-qoşublar? Yalan deyənin də, o profil əslində kimindirsə, onun da var-yoxuna lənət!"
Qeyd edək ki, Q.Ataşova bir müddət öncə öz instaqram hesabında Azərbaycanda plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımı diqqət çəkmişidi.(Yenisabah.az)
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək
-
Dünya13:15
Bəşər Əsəd öldü - "Reuters"
-
Hadisə13:05
Politoloq Azər Qasımlı saxlanıldı
-
Hadisə12:15
Azərbaycanda qulağına səslər gələn 33 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: həyat yoldaşını...