ABŞ həmin raketləri Ukraynaya GÖNDƏRİR
Bizi izləyin

ABŞ

ABŞ həmin raketləri Ukraynaya GÖNDƏRİR

"ABŞ gələn həftənin sonuna kimi Kiyevə silah tədarükünü bərpa edə bilər".

Publika.az xəbər verir ki, bunu Senatın Kəşfiyyat Komitəsinin sədri Mark Uorner CBS telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, yeni yardım paketinə Ordu Taktik Raket Sisteminin (Army Tactical Missile System – ATACMS) ballistik raketləri daxil olacaq.

O, etiraf edib ki, aprelin 23-24-də senatorlar Kiyevə 61 milyard dolların ayrılması ilə bağlı qanun layihəsini təsdiqləyib prezident Co Baydenin imzalanması üçün təqdim edəcəklər.

Kiyevə uzaqmənzilli silahların tədarükü barədə danışan Uorner qeyd edib ki, Amerika administrasiyası son iki aydır ki, ATACMS-i Ukraynaya ötürməyə hazırlaşır və bu, bir gün əvvəl təsdiqlənmiş sənəddə öz əksini tapıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm