Talibandan qadınlarla bağlı daha bir qərar
Bizi izləyin

Dünya

Talibandan qadınlarla bağlı daha bir qərar

"Taliban" Əfqanıstanda qadınların işlədiyi bütün milli və xarici qeyri-hökumət təşkilatlarının (QHT) bağlanacağını bəyan edib.

Publika.az xəbər verir ki, "Taliban" qadınların İslam baş örtüyünü düzgün taxmadıqlarını iddia edib. İqtisadiyyat Nazirliyi xəbərdarlıq edib ki, yeni əmrə riayət edilməməsi Əfqanıstanda fəaliyyət lisenziyasının ləğvinə səbəb olacaq.

Nazirlik bütün milli və xarici təşkilatların fəaliyyətinin qeydiyyatı, əlaqələndirilməsi, rəhbərliyi və nəzarətinə cavabdeh olduğunu bildirib.

"Əməkdaşlıq olmadığı təqdirdə müəssisənin bütün fəaliyyəti dayandırılacaq və nazirlik tərəfindən verilmiş lisenziya ləğv ediləcək", - bəyanatda qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm