ABŞ bu rusun başına 10 milyon dollar mükafat vəd etdi
Bizi izləyin

ABŞ

ABŞ bu rusun başına 10 milyon dollar mükafat vəd etdi

ABŞ Ədliyyə Nazirliyi “LockBit” haker qrupunu idarə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı Dmitri Xoroşevin həbsi ilə bağlı məlumat verənə 10 milyon dollar mükafat vəd edib.

Publika.az xəbər verir ki, Amerika departamentinin ittiham aktında 26 maddə var.

Vaşinqtonun məlumatına görə, “LockBitSupp” ləqəbi ilə Voronejdə qeydiyyatdan keçən Xoroşev qrupu 2019-cu ilin sentyabrında yaradıb. Həmin vaxtdan 2024-cü ilin may ayına qədər “ransomvare” hakerləri 120 ölkədə 2500-dən çox qurbana hücum ediblər. Ədliyyə Nazirliyi, qrupun qurbanlarından ən azı 500 milyon dollar aldığını bildirir və “LockBit”in hərəkətləri nəticəsində dəymiş ziyanın milyardlarla dollarla qiymətləndirilir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm