Helikopterdəki iki şəxslə əlaqə yaradıldı - Mənsuri AÇIQLADI
Bizi izləyin

Region

Helikopterdəki iki şəxslə əlaqə yaradıldı - Mənsuri AÇIQLADI

İran Prezidenti İbrahim Rəisinin helikopterindən olan iki sərnişinlə əlaqə yaradılıb.

Publika.az İRNA-ya istinadla xəbər verir ki, bu barədə İslam Respublikasının icra işləri üzrə vitse-prezidenti Möhsün Mənsuri bildirib.

“Bir neçə dəfə helikopterdə olan iki nəfərlə əlaqə saxladıq. Belə görünür ki, bu, ciddi hadisə deyil”, – jurnalistlər onun sözlərini sitat gətiriblər.

Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

Helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşə sahəsində qəzaya uğrayıb

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm