Bu, ABŞ-da son real seçki olacaq - Maskdan SOS
Bizi izləyin

ABŞ

Bu, ABŞ-da son real seçki olacaq - Maskdan SOS

Respublikaçıların namizədi Donald Tramp prezidentlik yarışında məğlub olarsa, ABŞ-da bir daha real seçkilər olmayacaq.

Publika.az xəbər verir ki, bu barədə sahibkar İlon Mask “X” sosial şəbəkəsində xəbərdarlıq edib.

O xatırladıb ki, Demokrat Partiyasının liderləri 15 milyon qanunsuz miqrantı leqallaşdırmaq və bundan sonra ölkəyə daha on milyonlarla əcnəbi cəlb etmək istəyirlər. Maska görə, bu planın həyata keçirilməsi ABŞ-ı “daimi təkpartiyalı dövlətə” çevirəcək.

"Tramp uduzsa, bu, son real seçki olacaq", - deyə Mask yazıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm