“Asiya NATO-su” yaradılır? - ABŞ Yaponiyaya bu cavabı verdi
Bizi izləyin

ABŞ

“Asiya NATO-su” yaradılır? - ABŞ Yaponiyaya bu cavabı verdi

"Asiya NATO-su"nun yaradılmasından danışmaq hələ tezdir.

Publika.az "Azad Asiya" radiosuna istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean üzrə köməkçisi Daniel Kritenbrink deyib.

Bu, onun Yaponiyanın baş naziri postuna aparıcı namizəd Şiqeru İşibanın Tokionun Asiyada NATO-ya bənzər rəsmi təhlükəsizlik alyansının yaradılmasına dair iddialarına cavabı olub.

“Bu kontekstdə kollektiv təhlükəsizlik və daha formal institutların yaradılması haqqında danışmaq hələ tezdir. Biz regionun mövcud formal arxitekturasına sərmayə qoymağa və bu rəsmi və qeyri-rəsmi əlaqələr şəbəkəsini qurmağa davam etməyə yönəlmişik. Və sonra bunun nəyə gətirib çıxaracağını görəcəyik”, - deyə Amerika dövlət katibinin köməkçisi bildirib.

Krietenbrink həmçinin qeyd edib ki, ABŞ Yaponiyada partiyadaxili seçkilərdə neytral mövqe tutub. Onun sözlərinə görə, kimin hökumət başçısı olmasından asılı olmayaraq, o, Vaşinqton və Tokio arasında müttəfiqliyə əla namizəd olacaq.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm