ABŞ ordusunun təlimlərində Rusiya helikopteri - Əsl məqsəd GİZLƏDİLİR
Bizi izləyin

ABŞ

ABŞ ordusunun təlimlərində Rusiya helikopteri - Əsl məqsəd GİZLƏDİLİR

ABŞ ordusunun hərbi təlimləri zamanı Rusiya istehsalı olan "Mi-17" helikopterindən istifadə edilib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığı məlumat verib.

"Söhbət yalnız məşqlərdən gedir. Təhlükəsizlik maraqlarına görə onların mahiyyətini açıqlaya bilmirik", - mənbə bildirib.

Komandanlıq təlimlər zamanı nə üçün Rusiya helikopterindən istifadə etdiklərini açıqlamayıb.

Qeyd edək ki, sentyabrın 26-da ABŞ-ın Yaponiya ilə birlikdə irimiqyaslı hərbi təlimlər keçirəcəyi məlum olub.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə özünümüdafiə qüvvələrinin, eləcə də ABŞ silahlı qüvvələrinin hərbi bazalarından istifadə olunacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm