ABŞ
ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım ayırdı
ABŞ Pentaqonun ehtiyatlarından Ukraynaya 500 milyon dollar məbləğində əlavə hərbi yardım ayırdığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken məlumat verib.
Blinken vurğulayıb ki, ABŞ prezidenti Co Baydenin sentyabrın 26-da elan etdiyi hərbi yardımın genişləndirilməsinin bir hissəsi olaraq, Vaşinqton Ukrayna müttəfiqlərinə mühüm yeni silah və avadanlıq paketi göndərir.
Bu paketə HIMARS çoxsaylı buraxılış raket sisteminin döyüş sursatları, pilotsuz təyyarələrə qarşı müdafiə vasitələri, 105 mm və 155 mm-lik artilleriya sursatları, yüksək sürətli radar əleyhinə raketlər və bioloji, kimyəvi, radioloji və nüvə təhlükələrindən qorunmaq üçün minaya davamlı maşın və avadanlıqlar daxildir.
Dünən ABŞ-ın Ukraynaya yeni yardım paketi hazırladığı barədə məlumat yayılıb.
Hüseyn İbadlı
-
Sosial11:25
Köhnə binaların aqibəti necə olacaq? - Eldar Əzizov açıqladı
-
Sosial10:50
Bakıda yumurta qəhətə çəkildi - Kəskin bahalaşacaq
-
MDB10:30
Rusiyada bu azərbaycanlıların sürücülük vəsiqəsi etibarsız sayılacaq
-
Nida.az09:08
Rusiya təyyarəsi Bakıda məcburi eniş etdi
-
Dünya08:36
FİLM KİMİ OLAY: Ev pişiyi sahibini işindən məhrum etdi
-
MDB08:12
Sərnişin təyyarəsi Kazan hava limanına ENƏ BİLMƏDİ
-
Magazin205:45
Demetdən Rzanın toyuna getməsi xəbərinə reaksiya - FOTO
-
Hadisə00:30
Lənkəranda bazarda GÜCLÜ YANĞIN - VİDEO