ABŞ
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
ABŞ prezidenti Donald Tramp Türkiyəyə səfər edən zaman Qətər tərəfindən bağışlanan Boeing 747-8 təyyarəsindən köhnə "Air Force One" təyyarəsinə keçmək məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb. Nəşr özünün mənbələrinə istinad edib.
Məqalədə qeyd edilib ki, əslində problem təyyarədə olmayıb: "ABŞ rəsmiləri İrana bağlı qüvvələrin hücum təhlükəsini qiymətləndirdikdən sonra Trampın təyyarəsini Türkiyə səfəri zamanı dəyişiblər".
Trampın səfər təyyarəsini dəyişmək qərarı Böyük Britaniyanın şərqindəki "Mildenhall" aviabazasında yaranan uçuş fasiləsi zamanı verilib.
Xatırladaq ki, iyul ayında “The New York Times” (NYT) qəzetinin bir neçə jurnalisti Trampa hədiyyə edilən yeni təyyarənin təhlükəsizliyi barədə reportaj hazırladıqdan sonra məhkəməyə çağırış vərəqələri almışdı.
9 iyulda NYT “Boeing 747-8” təyyarəsinin əvvəlki təyyarələrlə müqayisədə təhlükəsizlik baxımından çatışmazlıqlara malik olduğunu bildirib. Xüsusilə, məqalədə raket əleyhinə texnologiya da daxil olmaqla bəzi müasir təhlükəsizlik sistemlərinin çatışmazlığı qeyd edilib. Məqalə dərc olunmazdan əvvəl redaksiya heyətinə, məlumatın milli təhlükəsizliklə bağlı olduğu üçün dərcini təxirə salmaq üçün yüksək vəzifəli FTB rəsmisindən müraciət daxil olub.
Qeyd edək ki, söhbət Qətər şahzadə ailəsi tərəfindən ABŞ-a hədiyyə edilmiş "Boeing 747-8" təyyarəsindən gedir. Onun dəyəri 400 milyon dollardır. Xarici KİV yazır ki, bu, ABŞ prezidentlərinin son 25 ildə aldıqları bütün hədiyyələrin ümumi dəyərindən 100 dəfə çoxdur.
Tramp ondan ilk dəfə 2 iyulda istifadə edib. O, Şimali Dakotaya səfəri zamanı yeni "Air Force One" adlandırılan təyyarədən yararlanmışdı. Ağ Ev rəhbəri burada Teodor Ruzvelt Prezident Kitabxanasının açılışını edib.
Tural Tağıyev
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar






















.jpg)















