Art
Seyran Səxavətdən illər sonra ETİRAF: “Bizi adaya aparıb...”
“Mən yayı-qışı Mərdəkanda bağda qalıram. Özü də yayda heç vaxt yazmıram. Həmişə deyirəm ki, yayda yazılan şerlərdən tər iyi gəlir. Yayda gəzirəm-dolanıram, qışda da oturub yazıram. Fuad Poladov, Rafiq Həşimov, Hətəm Quliyev və digər dostlarım gəlir bağa, oturub dərdləşirik. Ortalığa samovar çayı yox, başqa şeylər gəlir (gülür). Qəbələdən, İsmayıllıdan, Bakıdan da dostlar mənə baş çəkir”.
Bu sözləri Publika.az tanınmış yazıçı Seyran Səxavət deyib. Yazıçı adaşı olan nəvəsindən də danışıb: “Balaca nəvəmə Seyran adını qoydular. İlan qabıq qoyanda gözəlləşən kimi Seyran da günü-gündən gözəlləşir. Bu nəvəmi çox istəyirəm. 11 nəvəm var, bir nəticəm. Nəticəmin adını İlyas Əfəndiyevin şərəfinə İlyas qoymuşuq. Hamımız yığışanda deyirəm ki, mənə çox əziyyətlər vermisiniz, amma bircə adaşım Seyrandan başqa. Bizi aparıb bir adaya atsalar, Seyranın yanında heç vaxt darıxmaram. Hərdən soruşurlar ki, baba-nəvə niyə belə şirindir, deyirəm çünki ikisi də eyni ağılda olur”.
Cəvahir
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər