Art
"Uşaqlığın son gecəsi"ndən 56 il sonra ilk görüş...
"Uşaqlığın son gecəsi" filmindən 56 il sonra Polad Bülbüloğlu və Ənvər Həsənov görüşüb. Xalq artistləri təsadüf nəticəsində Cinema Radio Kino Radio Kanalının növbəti buraxılışının yazılışı zamanı bir araya gəliblər.
Publika.az xəbər verir ki, görüşdə iştirak edən mədəniyyət yazarı, prodüser Vasif Ayan bu günü tarixi bir görüş adlandıraraq təəssüratlarını bölüşüb:
"Bu tarixi məqamın bir parçası olmaq da varmış qismətdə. Hər iki sənətkarımızla qısa da olsa o illərə qayıtdıq, kinorejissor Arif Babayevi və onun şedevr filmi olan "Uşaqlığın son gecəsi" filmini də xatırladıq. Bu görüş tam təsadüf nəticəsində alındı. Biz Ənvər müəllimlə radioda qonaq idik. Həmin radionun qonşu otağında səsyazma studiyasında Polad Bülbüloğlu da vardı. İki böyük sənətkar illər sonra isti və səmimi görüşürlər. Bəlkə də yüz dəfə cəhd etsən də bu iki sənətkarın görüşünü təşkil etmək mümkün olmazdı. Çünki Polad Bülbüloğlu çox zaman Moskva şəhərində olur. Ancaq tale onları tam təsadüf nəticəsində Sabunçu rayonunda görüşdürür. Filmdən 56 ildən sonra onlar yenə də görüşürlər. Həqiqətən unudulmaz və tarixi gün oldu..."

Qeyd edək ki, "Uşaqlığın son gecəsi" (1968) filminin musiqilərinin bəstəkarı Polad Bülbüloğlu, əsas obrazı isə Ənvər Həsənov olub. Onlar ən yaxşı bəstəkar və ən yaxşı aktyor mükafatına layiq görülüblər.
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO






.jpg)
.jpg)

.jpg)


.jpg)

.jpg)





















