Əlif Şəfəqin yeni kitabı çıxıb
Bizi izləyin

Art

Əlif Şəfəqin yeni kitabı çıxıb

Türkiyəli məşhur yazar Əlif Şəfəqin yeni kitabı işıq üzü görüb.

Publika.az xəbər verir ki, müəllifin sayca 16-cı romanı – “Həvvanın üç qızı” adlı kitab 200 min nüsxə ilə çap edilib. İngilis dilində qələmə alınan kitab daha sonra türkcəyə çevrilərək nəşr olunub.

“Ustam və mən” adlı son romanından 3 il sonra nəşr edilən kitabda yazar hər zaman olduğu kimi fərqli dünya görüşlərinə sahib insanları eyni məkanda toplayıb. Pəri, Şirin və Mona. Romanın 3 əsas qəhrəmanı doğma bacı olsalar da, bir-birinə inanılmaz dərəcədə ziddirlər. 3 bacının həyatlarının xarizmatik Azurla kəsişməsi isə onları fərqli bir insana çevirir.

1980-ci və 2000-ci illərin İstanbulunu özünəməxsus ustalıqla təsvir edən Şəfəq romanı “çoxdandır demək istədiklərimi söylədiyim kitab” kimi təqdim edib.

Əli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm