Art
Mədəniyyət naziri Franco Antonio Mirenzi ilə görüşdü
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Romaya səfəri çərçivəsində dekabrın 18-də İtaliya paytaxtında fəaliyyət göstərən Santa Çeçiliya Konservatoriyasının rektoru Franco Antonio Mirenzi ilə görüşüb.
Publika.az xəbər verir ki, naziri salamlayan rektor rəhbərlik etdiyi təhsil ocağının tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib.
Bildirib ki, əsrlərlə yaşı olan konservatoriya müxtəlif adlar və statuslarla fəaliyyət göstərib. 1923-cü ildən indiki adını alan məktəb İtaliyanın ən nüfuzlu ali təhsil müəssisələrindəndir. Adil Kərimli səmimi görüşə və konservatoriya haqqında ətraflı məlumata görə rektora təşəkkürünü bildirib. Söhbət zamanı nazir ölkəmizin musiqi mədəniyyəti barədə söz açıb, bu sahədə aparıcı təhsil ocaqlarından danışıb.
Bildirib ki, Azərbaycanda tarixən Avropa klassik musiqi məktəbinə böyük maraq olub. Görkəmli opera müğənniləri Şövkət Məmmədova və Bülbül XX əsrin əvvəllərində Milan Konservatoriyasında vokal dərsləri alıb, ölkəmizin musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr veriblər. Sonralar da istedadlı gənclərimiz Avropanın məşhur bədii təhsil ocaqlarında oxuyublar.
Qeyd olunub ki, köklü ənənələri olan Bakı Musiqi Akademiyasında, eləcə də Azərbaycan Milli Konservatoriyasında yerli tələbələrlə yanaşı, əcnəbi gənclər də musiqi biliklərinə yiyələnirlər. Avropa klassik bəstəkarlarının əsərləri tədris proqramlarında əksini tapır, teatr-konsert müəssisələrinin repertuarında yer alır.
Görüşdə Azərbaycanın müvafiq ali təhsil ocaqları ilə Santa Çeçiliya Konservatoriyası arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, ölkəmizin nümayəndə heyəti Azərbaycan mədəniyyət elçiləri toplantısı məqsədilə İtaliya paytaxtına səfər edib.
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?






.jpg)



.jpg)

























