Əlvida, Xəyyam Mirzəzadə! - FOTOLAR (YENİLƏNDİ)
Bizi izləyin

Art

Əlvida, Xəyyam Mirzəzadə! - FOTOLAR (YENİLƏNDİ)

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə II Fəxri xiyabanda dəfn olunub.

***

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə ilə vida mərasimi başa çatıb.

Xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.

***

Azərbaycanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir.

Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, bəstəkarın ailə üzvləri iştirak edirlər.

Qeyd edək ki, uzun müddət xəstəlikdən əziyyət çəkən X. Mirzəzadə dünən öz evində vəfat edib.

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm