Avropa
Türkiyə ilə İngiltərə ABŞ-a qarşı BİRLƏŞİR: Ankara və Londonun HƏDƏFLƏRİ
Türkiyə ilə İngiltərə arasında tarixdə heç olmadığı
qədər yaxınlaşma var.
Publika.az xəbər verir ki, bu barədə “Milliyet” qəzetinin
yazarı Verda Özer Ərdoğanın London səfəri haqda yazıb.
Türkiyəli yazar Ankara-London xəttində yaxınlaşmanın üç səbəbinə
diqqət çəkib.
İngiltərənin maraqları
Milli maraqlar: İngiltərədə Brexitdən sonra
qarışıqlıq var. Baş nazir Tereza Mey kimi bəzi siyasətçilər “sərt
Brexit”i, digər siyasətçilər isə “yumşaq Brexit”i dəstəkləyir.
Lakin bu prosesin necə nəticələnəyi qeyri-müəyyən olaraq qalır. Hər
şey 2019-cu ilin martında məlum olacaq.
Bu proses İngiltərə iqtisadiyyatına zərər verir və belə bir məqamda
bu ölkənin xarici investisiyalara ehtiyacı artır.
Regional maraqlar: Brexit İngiltərənin regional
nüfuzuna da zərər verir. Görünən budur ki, bu ölkə Avropa
İttifaqındakı mövqeyini Fransa, yaxud Almaniyaya dövr edəcək. Belə
bir məqamda Londonun “tarixi müttəfiqi” ABŞ-a daha da yaxınlaşacağı
gözlənilir. Lakin bu da baş tutmur. “Öncə Amerika” prinsipi ilə
hərəkət edən Tramp getdikcə Avropa və İngiltərədən uzaqlaşır.
İranla nüvə sazişinin ləğvi, Qüds məsələsi, beynəlxalq ticarətin
baltalanması kimi məsələlər Vaşinqtonla London arasındakı uçurumu
artırır.
Qlobal maraqlar: Qərb öz daxilində aşınmaya məruz
qalır, güc ABŞ-dan Uzaq Şərqə - Çinə keçir. Məhz belə bir çətin
məqamda İngiltərə Avropa ilə “göbək bağı”nı kəsərək, Türkiyəyə
yaxınlaşır. Londona yeni ortaqlar lazımdır.
Türkiyənin maraqları
- Ankara “Brexit”i öz daxili məsələsi qədər yaxından izləyir. Çünki
İngiltərə hər şeydən öncə Türkiyənin Avropa İttifaqına üzv
olmasında ən böyük dəstək verən ölkədir. “Brexit” isə Türkiyənin bu
dəstəkdən məhrum olmasına gətirib çıxara bilər.
- Avropada islamofobiya yüksək səviyyədədir. İngiltərə isə köklü
imperiya keçmişinə və Yaxın Şərqlə tarixi bağlarına görə bu
məsələdə istisnadır. İngilislərin Avropa İttifaqında təmsil
olunması ittifaqın xarici siyasətinə müsbət təsir edirdi. İndi isə
tamamilə yeni Avropa var və Ankara bundan narahatdır.
- Tramp Amerikası Türkiyə üçün də təhlükəli görünür.
- Türkiyənin özünün də xarici investisiyaya ehtiyacı var.
- İngiltərə ilə Türkiyə arasında müdafiə sahəsindəki əməkdaşlığı da
iki ölkənin bir-birinə lazımlığını bir daha nümayiş etdirir.
Asif
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ