Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
Bizi izləyin

Magazin1

Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO

Əməkdar artist Xumar Qədimova doğum günündə özünə və sevənlərinə “Bir addım qalıb” mahnısını hədiyyə edib.

Publika.az xəbər verir ki, sözləri Xalq şairi Zəlimxan Yaquba məxsus olan ifanın bəstəkarı sənətkarın özüdür.

Sənətçi yeni mahnısına klip çəkdirərək ifanı özünəməxsus obrazı ilə yaddaqalan edib.

Mahnı müğənninin rəsmi "Youtube" hesabında yerləşdirilib.

Xatırladaq ki, Xumar Qədimova 2 ay öncə də Ramiz Rövşənin "Yavaş-yavaş sevdim səni" şeirini bəstələmişdi. Mahnıya klip də çəkdirən Xumar Qədimovanın ifası müzakirələrə səbəb olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm