Avropa QARIŞDI: Putinə görə sərhədi bağladılar, Trampa görə...
Bizi izləyin

Avropa

Avropa QARIŞDI: Putinə görə sərhədi bağladılar, Trampa görə...

Finlandiya paytaxt Helsinkidə təşkil ediləcək və ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin qatılacağı liderlər zirvəsi üçün Şengen üzvləri olan ölkələrdən gələnlər üçün 4 gün müddətində sərhəd nəzarətini gücləndirməyi qərara alıb.

Publika.az xəbər verir ki, bu barədə Finlandiya Daxili İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Kimmo Eloma bildirib.

O, sərhəd keçid məntəqələrində nəzarətin gücləndirilməsinin zirvədə asayişi poza biləcək şəxslərin qarşısının alınması üçün olduğunu deyib.

Qeyd edək ki, Donald Tramp və Vladimir Putin iyulun 16-da Helsinkidə görüşəcək. Trampın Finlandiyaya səfəri zamanı ətraf mühit, sülh, insan haqları və demokratiya tərəfdarlarının etiraz aksiyaları keçirməsi gözlənilir.

Xatırladaq ki, Şengen razılaşması 26 Avropa ölkəsi arasında şəxsiyyəti yoxlamadan sərbəst şəkildə gəzmək icazəsini ehtiva edir. Ölkələr lazım olan durumlarda müvəqqəti olaraq sərhəd nəzarətini yenidən başlada bilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm