Tarixi şansı qaçırmayın! - Şarl Mişeldən Kobaxidzeyə
Bizi izləyin

Avropa

Tarixi şansı qaçırmayın! - Şarl Mişeldən Kobaxidzeyə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefonla danışıb. Onlar Gürcüstandakı son hadisələri müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə avropalı siyasətçi "X" hesabında məlumat paylaşıb.

“Kobaxidze ilə telefon danışığında Gürcüstanda baş verən son hadisələr müzakirə etdim və Aİ-nin öz ölkələrinin Avropa gələcəyini birinci yerə qoyan bütün gürcülərə tam dəstəyini təsdiqlədim”, – Mişel yazıb.

Onun sözlərinə görə, “Gürcüstan vətəndaşlarının açıq demokratik və plüralist cəmiyyət çağırışına qulaq asmaq lazımdır” və ölkənin “həqiqi dialoqa ehtiyacı” var.

“Gürcüstanın gələcəyi Aİ-yə məxsusdur. Bu tarixi şansı qaçırmayın”, - Mişel vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm