27 ölkə Qarabağa görə toplaşır - BU GÜN - - VİDEO
Bizi izləyin

Avropa

27 ölkə Qarabağa görə toplaşır - BU GÜN - - VİDEO

Video əlavə olunub.

xxx

Bu gün Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin iclası keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, iclasda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında Moskvada humanitar məqsədlər üçün atəşkəsə dair razılaşma ilə nəticələnən danışıqlar da daxil olmaqla, Dağlıq Qarabağdakı münaqişənin müzakirə edilməsi planlaşdırılır.

İclas Lüksemburqda baş tutacaq.

Qeyd edək ki, Avropa İttifaqı 27 dövləti birləşdirən dövlətlərüstü, eyni zamanda, dövlətlərarası iqtisadi və siyasi təşkilatdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm