Fransa Ukraynaya əlavə 100 milyon avro verəcək
Bizi izləyin

Avropa

Fransa Ukraynaya əlavə 100 milyon avro verəcək

Fransa Ukraynaya 100 milyon avroya qədər kredit verəcək. Müdafiə xərcləri istisna olmaqla, bütün prioritet xərclərin maliyyələşdirilməsi üçün büdcənin ümumi fonduna vəsait yönəldiləcək.

Bu barədə Publika.az hökumət portalına istinadla xəbər verir .

Müvafiq sazişi noyabrın 28-də Ukraynanın maliyyə naziri Serhi Marçenko və onun fransalı həmkarı Bruno Le Maire imzalayıblar.

"Biz Fransa hökumətinə Ukraynanı dəstəklədiyinə və əlavə 100 milyon avro ayırdığına görə minnətdarıq. Bu vəsait işğalçıya qarşı mübarizə şəraitində dövlət idarəçiliyinin səmərəliliyinin davam etdirilməsinə, eləcə də dövlət büdcəsinin prioritet xərclərinin təmin edilməsinə imkan verəcək", - Maliyyə Nazirliyinin rəhbəri qeyd etdi.

Kredit güzəştli şərtlərlə verilir:

faiz dərəcəsi illik 1,04%;

kreditin yekun ödənilməsi kredit müqaviləsi bağlandığı tarixdən 15 il müddətində həyata keçirilir (kredit müqaviləsinin bağlandığı tarixdən 5 ildən artıq müddətə kreditin ödənilməsinin təxirə salınması üçün güzəşt müddəti nəzərə alınmaqla).

Görüş zamanı nazirlər həmçinin Ukraynanın hazırkı maliyyə vəziyyətini, əlavə maliyyələşdirmə ehtiyacını və hər iki dövlətin hökumətləri arasında əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər.

Bundan əlavə, Marçenko 2023-cü ildə hər ay 3 milyard dollardan çox olacaq dövlət büdcəsi kəsirinin aradan qaldırılması üçün beynəlxalq tərəfdaşlardan xarici maliyyənin cəlb edilməsinin vacibliyini vurğulayıb.

Xatırladırıq ki, Avropa Parlamenti gələn il Ukraynaya 18 milyard avro maliyyə yardımı ayrılması barədə qərarı təsdiqləyib .

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm