Region
Türkiyə Azərbaycan və Rusiyaya "YAŞIL İŞIQ" YANDIRDI
"Türkiyə parlamentinin qəbul etdiyi qanun respublikaya Rusiya və Azərbaycandan Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixrac etməyə imkan verəcək".
Publika.az xəbər verir ki, bunu Türkiyə Qaz Paylayıcılar Birliyinin (GAZBİR) rəhbəri Yaşar Arslan deyib .
Bir gün əvvəl parlament Türkiyə Təbii Qaz Marketinq Qanununa “mayeləşdirmə” sözünü əlavə edən qanun layihəsinə səs verib. Ekspertin fikrincə, dəyişikliklərin tətbiqi Türkiyəyə Avropaya, ilk növbədə qonşu ölkələrə LNG tədarük etməyə imkan verəcək.
Arslan xatırladıb ki, ötən il ölkədən təbii qaz ixracı 900 milyon kubmetrə çatıb ki, bunun da 370 milyonu Bolqarıstana göndərilib.
Assosiasiyanın rəhbəri vurğulayıb ki, Türkiyə təbii qaza olan tələb və təklif arasında körpünün tam mərkəzindədir. Onun sözlərinə görə, Rusiya və Azərbaycanda hasilatın artılırılması halında Türkiyə qazı idxal edən ölkələrə operativ şəkildə çatdırmağa hazırdır.
Arslan təklif edib ki, Türkiyənin mövcud idxal müqavilələri və artan istehsal potensialı nəzərə alınmaqla, ölkə qarşıdakı illərdə Şərqi Avropadakı qonşuları ilə ticarəti inkişaf etdirəcək.
Qaz qovşağının yaradılması təşəbbüsü Rusiya prezidenti Vladimir Putindən gəlib. Layihə “Şimal axını” qaz kəmərlərində baş verən partlayışlardan sonra onların vasitəsilə itirilmiş tranzit həcmini kompensasiya etmək üçün Rusiya və Türkiyə tərəfindən müzakirə olunmağa başlayıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika16:15
Prezident və xanımı Zəngilanda açılışda iştirak etdi - Yeniləndi
-
Sosial16:05
Bu ərazilərimizə qar yağdı - FAKTİKİ HAVA
-
Sosial15:33
Ramiz Tahirovun yerinə təyin olunan komandan kimdir?
-
Dünya13:04
NATO-nun 10 ən güclü ordusu hansılardır? - Yeni araşdırma Türkiyəni...
-
Sosial12:30
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
-
Sosial12:06
Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edildi
-
İqtisadi gündəm11:30
Azərbaycanda problemli kreditləri azaldan səbəb: Görün banklar nə edirlər
-
Art11:00
Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi