“Gepard” bu ölkələrin sərhədində göründü: Rusiya narahatdır
Bizi izləyin

Avropa

“Gepard” bu ölkələrin sərhədində göründü: Rusiya narahatdır

Rumıniya-Ukrayna sərhədində, Çiliya Veçe şəhərində Almaniyanın “Gepard” özüyeriyən zenit silahları görüntülənib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Nikolayev bölgəsinin koordinatoru Sergey Lebedev məlumat verib.

Onun sözlərinə görə, rusiyayönlü fəallar Odessa vilayətinin Kiliya şəhərindən Dunay çayının o tayında yerləşən Qərb texnikasının fotolarını çəkiblər.

"Biz hələ də “Gepard”ların döyüş əməliyyatlarına hazırlanıb-hazırlanmadığını və ya Ukraynaya göndəriləcəyini öyrənirik", - o deyib.

Odessa vilayətində fəallar Rumıniya sərhədində əhəmiyyətli qüvvələrin yığılmasını qeydə alırlar. Lebedev əlavə edib ki, yüklü qatarlar gecə saatlarında Zatoka və Mayaki qəsəbələrindəki körpülərdən Ukraynaya doğru demək olar ki, fasiləsiz keçir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm