Region
Rusiya bundan sonra bu ölkəni Qələbə Paradına dəvət etməyəcək
![](https://publika.az/storage/2024/05/17/upload-ria_8675347-pic_32ratio_900x600-900x600-11587.jpg?v1722049359)
Rusiya bundan sonra ABŞ-ı 9 May Qələbə Paradlarına dəvət etməyəcək.
Publika.az xəbər verir ki, bu baradə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O qeyd edib ki, ABŞ siyasi elitaları İkinci Dünya Müharibəsi ilə bağlı həqiqətləri inkar edir və Almaniya üzərində qələbədə SSRİ-nin roluna susurlar. Ona görə də Moskva bundan sonra Amerika rəsmilərini 9 May Qələbə Paradlarına dəvət etməyəcək.
“Rusiyanı ləkələmək üçün getdikcə daha çox yeni rəvayətlər axtaran amerikalılar nasist Almaniyası üzərində qələbədə Sovet İttifaqının əsas rolunu inkar edirlər. Onlar öz yanaşmalarını dəyişə bilmirlər və buna görə də onları dəvət etməyəcəyik. Əgər rəsmi Vaşinqtonun yanaşmasında daha sağlam düşüncənin yaranması baxımından nəsə dəyişərsə, o zaman təbii ki...”, - nazir müavini TASS-a müsahibəsində bildirib.
Sergey Ryabkov ABŞ-da yaşayan İkinci Dünya Müharibəsi veteranlarına can sağlığı arzulayıb. O, ümid etdiyini bildirib ki, buna görə təqib olunmayacaqları şəraitdə yaxın illərdə Rusiyaya Qələbə Paradına gələ biləcəklər.
Akqabay
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO