Putinin and içməsi Aİ-ni "parçaladı": Bu ölkələr gəlmək istəyir, digərləri isə...
Bizi izləyin

Avropa

Putinin and içməsi Aİ-ni "parçaladı": Bu ölkələr gəlmək istəyir, digərləri isə...

Aİ-də Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində Avropa ölkələrinin nümayəndələrinin iştirakı məsələsi ilə bağlı siyasi blokun üzvləri arasında fikir ayrılığı yaranıb. Bəzi ölkələr mərasimə öz nümayəndələrini göndərmək niyyətindədirlər, digərləri isə qətiyyətlə belə bir addımın əleyhinədir.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” qəzeti yazır.

“Hazırda Aİ daxilində Rusiya prezidentinin beşinci səlahiyyət müddətinin başlanmasına həsr olunmuş mərasimə dəvətlərin necə düzgün idarə olunması ilə bağlı ciddi fikir ayrılıqları var”, - nəşr qeyd edir.

Bildirilir ki, Fransa, Macarıstan və Slovakiya kimi ölkələr “rabitə kanallarını açıq saxlamaq üçün” Rusiya prezidentinin andiçmə mərasiminə öz nümayəndələrini göndərmək niyyətindədirlər. Bununla belə, Almaniya və Aİ-nin bir çox digər dövlətləri Moskva ilə çətin münasibətlər fonunda iştirakı qeyri-münasib hesab edir.

Qeyd edək ki, Putinin andiçmə mərasimi mayın 7-də baş tutacaq.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm