Nida Xəbər
Latviya parlamentinin sədri Şuşaya getdi - YENİLƏNDİ
Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonundan sonra Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə gəliblər.
Bu barədə Publika.az AZƏRTAC-a istinadla xəbər verir.
Nümayəndə heyətinin Şuşaya səfəri Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin olduğu şəhər mərkəzi meydanı ilə tanışlıqdan başlayıb. Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və burada aparılan quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Nümayəndə heyəti sonra Yuxarı Gövhərağa məscidi, Bülbülün ev-muzeyi, qala divarları, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı ilə tanış olublar. Sonda Cıdır düzünə gələn qonaqlar oradan açılan gözəl mənzərəni seyr ediblər. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.
Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, deputatlar Kamran Bayramov, Könül Nurullayeva, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov müşayiət ediblər.
xxx
18:00
Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Şuşaya gedib.
Bu barədə Publika.az-a Milli Məclisin Mətbuat xidmətindən xəbər verilib.
Qeyd edək ki, nümayəndə heyəti bundan əvvəl Füzuli şəhərində olub və səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilmiş dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olub.
-
Magazin103:13"Pulumu ən çox onlara xərcləyirəm"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalmış duyğuları bölüşə bilərsiniz
-
Sosial00:00Dolu yağanda maşınlar bu vəziyyətə düşdü - VİDEO
-
Magazin126 May 23:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq26 May 23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ26 May 23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil26 May 21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman26 May 21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO



































