Fransada seçkilərin ikinci turuna start verildi
Bizi izləyin

Avropa

Fransada seçkilərin ikinci turuna start verildi

Fransa parlamentinə seçkilərin ikinci turu başlayıb.

Publika.az xəbər verir ki, ölkə ərazisində seçki məntəqələri yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) açılıb.

Səsvermə prosesi əksər seçki məntəqələrində saat 18:00-a yekunlaşmalı olsa da, böyük şəhərlərdə, o cümlədən Parisdə seçki məntəqələri saat 20:00-a qədər açıq olacaq.

Seçkilərin ilk nəticələrinin də yerli vaxtla saat 20:00-dan sonra açıqlanacağı gözlənilir.

Qeyd edək ki, parlament seçkilərinin birinci turunda Milli Birlik Partiyası və müttəfiqləri 33,4%, solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası 27,98%, Prezident Emmanuel Makronun koalisiyası 20,76% səs toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm