Ukrayna ŞOKDA: Görün vurulan Rusiya PUA-sında nə tapıldı - FOTO
Bizi izləyin

MDB

Ukrayna ŞOKDA: Görün vurulan Rusiya PUA-sında nə tapıldı - FOTO

Ukrayna Ordusu sentyabrın 25-nə keçən gecə “SpaceX”-in Starlink peyk rabitə sistemi ilə təchiz edilmiş Rusiyaya məxsus “Şahid-136” pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, əldə edilən məlumata görə, hücumda ümumilikdə 32 PUA-dan istifadə edilib və onlardan 28-i Ukrayna Ordusu tərəfindən məhv edilib.

Düşən PUA-nın yoxlanışı zamanı “Starlink” Peyk Rabitə Sisteminə aid antena aşkar edilib.

Bildirilib ki, bu antenada aşkarlanan seriya nömrələri sistemin təchizat kanalları haqqında mühüm məlumat verə bilər.

Mütəxəssislər bildirirlər ki, Rusiya daha əvvəl PUA-larını fərqli rabitə sistemləri ilə təchiz edib. İndi isə, “Starlink” kimi daha güclü sistemlərdən istifadə edərək, pilotsuz uçuş aparatlarının uçuş məsafəsini və əks əlaqə imkanlarını xeyli artırıb.

“Starlink” Rusiya Federasiyasında rəsmi olaraq mövcud olmasa da, bu sistemin üçüncü ölkələr vasitəsilə təmin edildiyi məlumdur. ABŞ rəsmiləri Rusiyanın bu cür texnologiyalara çıxışının qarşısını almaq üçün işləri davam etdirdiklərini açıqlayıblar, lakin hələlik tam nəticə əldə olunmayıb.

“SpaceX” bu barədə açıqlama verib. Bildirilib ki, “Starlink” Rusiyada aktiv deyil:

“SpaceX heç vaxt Rusiyaya “Starlink” satmayıb və ya Rusiyadakı mağazalara avadanlıq göndərməyib. Əgər “Starlink”in sanksiyaya məruz qalmış və ya icazəsiz şəxs tərəfindən istifadə edildiyi barədə məlumat əldə edilərsə, biz bu iddianı araşdıracağıq və əgər əsaslandırılarsa, ləğv etmək üçün tədbirlər görəcəyik”.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm