Avropa
Milli təhlükəsizlikdir: Bu şəxslərə Rusiyaya getmək qadağan edildi
Latviyanın Nazirlər Kabineti milli təhlükəsizlik üçün vacib olan şəxslərin Rusiya və Belarusa səfərinə məhdudiyyətləri nəzərdə tutan proseduru təsdiqləyib.
Publika.az xəbər verir ki, sənəd iyulun 11-dən qüvvəyə minəcək. Bu barədə “Delfi” portalı məlumat yayıb.
Qeyd edildiyi kimi, məhdudiyyətlər digər məsələlərlə yanaşı, hərbi qulluqçulara, nazirlik və idarələrin əməkdaşlarına, Seymin (parlament) üzvlərinə, hakimlərə, diplomatlara, habelə mühüm infrastruktur müəssisələrinin işçilərinə şamil ediləcək. Qadağa, Baltikyanı respublikanı müvəqqəti tərk etmək icazəsi alınmaq şərtilə, şəxsin xidməti vəzifələrini yerinə yetirməsi və ya humanitar səbəblərə görə tərk etməli olduğu hallara şamil edilməyəcək.
Latviya Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Latviya hakimiyyətinin Rusiya Federasiyasına səfər etməmək barədə dəfələrlə çağırışlarına baxmayaraq, ölkə sakinləri 2024-cü ildə 2023-cü illə müqayisədə Rusiyaya iki dəfə çox səfər ediblər. 2024-cü ildə orta hesabla hər ay təxminən 2000 Latviya sakini Rusiyaya səfər edib. 2023-cü ildə bu rəqəm 1000-ə yaxın olub.
Tural
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var

































.jpg)


